Qara dənizin Bolqarıstan sahilində mina həyəcanı

Dünya

Bolqarıstanın hərbi dəniz qüvvələri Qara dənizdə mina zərərsizləşdirib.

Bu barədə ölkənin müdafiə naziri Draqomir Zakov Bolqarıstan milli televiziyasının efirində məlumat verib.

Minanın Bolqarıstan sahillərindən bir qədər aralıda, Kamçiya çayının mənsəbində ticarət gəmisi tərəfindən görüldüyü bildirilir.

Qeyd edək ki, Varnadan 25 kilometr cənubdakı Kamçiya çayı Qara dənizə axır.

Zakovun sözlərinə görə, hazırda minanın tapıldığı bölgədə gəmiçilik üçün heç bir təhlükə yoxdur.

Mənbə: Mk.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir