47 KİV-in lisenziyası ləğv edildi

İranın Əlborz vilayətində bu ilin avqust ayının əvvəlinədək sayları 228 olan lisenziyalı media orqanlarından 47-sinin lisenziyası ləğv edilib.

İranda Mətbuata Nəzarət Şurası həmin mətbu orqanların lisenziyalarının ləğvinin səbəbinin Mətbuat haqqında Qanunun 16-cı maddəsinin tətbiqi ilə əlaqələndirib.

Sözügedən maddəyə əsasən, media orqanının sahibi lisenziyanın verildiyi tarixdən altı ay müddətində müvafiq nəşrin fəaliyyətini təmin etməlidir, əks halda, bir yazılı xəbərdarlıq və 15 gün möhlət verilməklə heç bir üzrlü səbəb olmadıqda lisenziya qüvvədən düşmüş sayılır.

Habelə, həmin nəşr bir il ərzində əsaslı səbəb olmadıqda (Müşahidə Şurasının qərarına əsasən) müntəzəm şəkildə yayımlanmazsa, lisenziyanın ləğvi ilə nəticələnəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir