Sankt-Peterburqda hərbi komissarlığın əməkdaşları Rusiya xokkey yığmasının qapıçısı İvan Fedotovu saxlayıblar.
Bu barədə iyulun 1-də “Sport-Ekspress” məlumat yayıb.
Hazırda hadisənin səbəbləri barədə dəqiqi məlumat verilmir.
25 yaşlı İvan Fedotov MOİK-in qapıçısıdır. 2022-ci ilin yazında o, Moskva komandasının tərkibində Qaqarin Kubokunu qazanıb, sonra “Flyers” ilə müqavilə imzalayıb.
Mənbə: İzvestiya
www.RIA24.az