Misirin Hurqada kurortunda köpəkbalığı dənizdə turist qadına hücum edib.
Köpəkbalığı turist qadının qolunu və ayağını dişləyib.
Turist hazırda xəstəxanadadır. Xəsarət alan qadının Avstriya vətəndaşı olduğu deyilir.
Hadisə ilə əlaqədar olaraq cümə günündən etibarən üç gün ərzində hadisənin baş verdiyi Sahl Haşiş bölgəsindən Makadi Bey körfəzinə qədər olan ərazidə üzgüçülük, dayvinq, snoklinq və balıq tutmaq qadağan edilib.
Mənbə: Brestcity
www.RIA24.az