İyulun 2-nə keçən gecə İranın cənubunda, Hörmüzqan vilayətində altı bal gücündə zəlzələ baş verib.
Təbii fəlakət nəticəsində azı beş nəfər həlak olub. Onlardan ikisi qadındır.
Daha 20 nəfərin yaralandığı bildirilir.
Məlumata görə, ilk zəlzələdən sonra növbəti iki saat ərzində İranın cənubunda maqnitudası 4,2-6,2 arasında olan daha bir neçə yeraltı təkanlar qeydə alınıb.
وضعیت فعلی پس از زلزله #زلزله #زلزله_هرمزگان #سایه_خوش pic.twitter.com/J2YJnOoubW
— شیخ شنگر (@siahvosh1) July 2, 2022
وضعیت روستاهای زلزله زده هرمزگان #زلزله #زلزله_هرمزگان pic.twitter.com/rsngLNcAqz
— شیخ شنگر (@siahvosh1) July 2, 2022
Mənbə: Fars
www.RIA24.az