Neftin bir bareli 380 dollara yüksələ bilər

Dünya

G7 ölkələri Rusiya xammalına qiymət limiti tətbiq edərsə, neftin qiyməti bir barel üçün 380 dollara yüksələ bilər.

Bu barədə ABŞ-ın “JPMorgan Chase & Co.” bankının analitikləri və ekspertləri proqnoz verib.

Analitiklərin sözlərinə görə, Rusiya cavab olaraq neft hasilatını sutkada 5 milyon barel azaltmağa qərar verə bilər ki, bu da dünyanın əksər hissəsi üçün fəlakətli nəticələrə gətirib çıxarar.

Ekspertlərin proqnozlarına görə, hasilatın sutkada 3 milyon barel azaldılması qiymətləri 190 dollara qədər yüksəlməsinə, 5 milyon barel azalması (ən pis ssenariyə əsasən) isə xammalın “stratosfer” dəyərinə – 380 dollar olmasına gətirib çıxaracaq.

“Çox güman ki, hökumət Qərbə zərər vermək üçün hasilatın azaldılması ilə cavab verə bilər. Qlobal neft bazarının sıxlığı indi Rusiyanın tərəfindədir”, – analitiklər qeyd edirlər.

Mənbə: Bloomberg

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir