İran – siğənin qanuni olduğu yeganə ölkə – VİDEO

Dünya

Hal-hazırda İran dünyada, o cümlədən islam aləmində siğənin hakimiyyət tərəfindən qanuniləşdirildiyi yeganə ölkədir.

Bu barədə “Azad İran” “Youtube” kanalı paylaşım edib.

İranda siğənin qatı tərəfdarları kimi, ciddi əleyhdarları da vardır, bu da vaxtaşırı qızğın və qalmaqallı diskussiyalara səbəb olur.

Bir çox sosioloqlar müvəqqəti izdivacın ictimai və mədəni fəsadlarına diqqəti cəlb edərək, onun ailə institutunun sarsılmasına gətirib çıxardığını vurğulayırlar. Bəziləri isə uzun-uzadı mülahizələr yürütmədən siğənin hüquqi təsdqini ölkədə fahişəliyin qanuniləşdirilməsi və ona şərti don geyindirilməsi kimi qiymətləndirirlər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir