Almaniyada LGBT icmasına dəstək olmaq məqsədilə məscidin divarlarına müvafiq bayraq asılıb.
Hadisə Berlinin mərkəzi Moabit rayonundakı İbn Rüşd-Höte məscidində baş verib.
İbadətgah üzərində göy qurşağı rənglərini özündə əks etdirən bayraq dalğalanmağa başlayıb. Aksiya iştirakçıları geyimlərinə “Sevgi halaldır” yazısı olan stikerlər yapışdırıblar.
Məlumata görə, LGBT bayrağı iyulun sonuna kimi orada asılı qalacaq.
Mənbə: gazeta.ru
www.RIA24.az