İtaliyanın şimal-şərqindəki Marmolada buzlaqında baş vermiş uçqun nəticəsində 6 nəfər ölüb, 10 nəfər itkin düşüb.
Məlumata görə, səkkiz zərərçəkən xəstəxanaya yerləşdirilib ki, onlardan birinin vəziyyəti ağırdır.
İtkin düşənlərin axtarışı davam edir. Xilasetmə əməliyyatlarına 5 helikopter cəlb olunub.
Mütəxəssislər buzlaqın bir hissəsinin çökməsini İtaliyada anomal isti hava şəraiti fonunda baş verdiyini qeyd edir və yeni uçqun təhlükəsi barədə xəbərdarlıq edirlər.
Mənbə: gazeta.ru
www.RIA24.az