Ukraynanın baş naziri aylıq hərbi xərcləri açıqlayıb

Dünya

Əvvəllər Ukrayna ordusunun saxlanmasına il ərzində 5,28 milyard dollar xərclənirdisə, indi Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi ayda 4,4 milyard dollara başa gəlir.

Bunu Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

O, izah edib ki, Ukraynanın bütövlükdə büdcəsi ayda 8,46 milyard dollar təşkil edir və hərbi xərclərin kəskin artması səbəbindən 4-5 milyard dollarlıq çatışmazlıq yaranır.

Mənbə: rbc.ua

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir