Danimarkanın paytaxtı Kopenhagendə ticarət mərkəzində baş verən atışma nəticəsində 3 nəfər ölüb, daha 3 nəfərin vəziyyəti ağırdır.
Kopenhagen polis müfəttişi Soren Tomassen bildirib ki, ölənlərin üçü də kişidir.
Atəş açdığı iddia edilən şəxs saxlanılıb. Bu, 22 yaşlı danimarkalıdır. O, artıq həbs olunub.
Hadisənin terrorla əlaqəli ola biləcəyi istisna edilmir.
Mənbə: CNN
www.RIA24.az