Özbəkistan parlamentindən Qaraqalpaqıstanın statusu ilə bağlı QƏRAR

Dünya

Özbəkistan parlamenti Qaraqalpaqıstanın suveren statusunun saxlanmasını dəstəkləyib.

Bununla bağlı müddəa ölkə konstitusiyasının yeni layihəsinə dəyişiklikdə yer alıb.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən həftə Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumunun keçirilməsi təklifi ilə çıxış edib.

Yeni layihədə Qaraqalpaqıstanın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin də Konstitusiyadan çıxarılması təklif edilmişdi. 

Yerli sakinlər ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərə etiraz məqsədilə iyulun 1-də aksiya keçiriblər.

Mənbə: Kommersant

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir