Tehranda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Şurasının sədri Məhəmməd Bəkir Qalibaf ilə də görüşüb.
Görüşdə tərəflər ölkələr arasında əlaqələrin inkişafı barədə müzakirələr aparıblar.
C. Bayramovun İrana səfəri çərçivəsində Prezident Seyid İbrahim Rəisi ilə də görüşü gözlənilir.
Qeyd edək ki, Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Tehrana səfər edib.
Mənbə: Mehrnews
www.RIA24.az