“Belarusun Rusiya tərəfində müharibədə birbaşa iştirak riski Rusiya ordusunun Ukrayna ərazisində mümkün uğurları ilə mütənasib olaraq artacaq”.
Bu sözləri Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Belarusun müharibədə birbaşa iştirakına münasibəti bildirərkən deyib.
“Birincisi, Rusiya artıq Belarus ərazisindən istifadə edir. Nə qədər ki, Belarus ordusu Ukrayna Silahlı Qüvvələrinin onlara ciddi hücum etmək iqtidarında olduğunu aydın başa düşür, onlar tədbirlərini istənilən formada təxirə salacaqlar. İndiyə kimi onlar bunu açıq-aydın bilirlər”, – deyə o bildirib.
Belarusla hazırkı diplomatik əlaqəni şərh edən Ukrayna XİN rəhbəri qeyd edib ki, “bunlar çox, çox məhdud əlaqələrdir”.
Mənbə: LB.ua
www.RIA24.az