Türkiyədə kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb.
Qəzada dördü ağır olmaqla 27 nəfər xəsarət alıb.
Hadisə Mersinin Erdemli mahalında meydana gəlib.
İnsidentə əyləcin boşalması avtomobilin idarəetmədən çıxması səbəb olub.
Qəza zamanı xəsarət alanlar təcili yardım maşınları ilə Erdemli və Mersinin müxtəlif xəstəxanalarına yerləşdiriliblər.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Mənbə: Haber Global
www.RIA24.az