İtaliya son 70 ilin ən quraqlıq dövrünü yaşayır.
Hökumət ölkənin kənd təsərrüfatı istehsalının təxminən üçdə birini təşkil edən və Po çayını hövzəsi boyu yerləşən beş bölgədə quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edib.
Ölkə rəhbərliyi, həmçinin sözügedən bölgələrə 36,5 milyon avro yardım ayrılmasını təsdiqləyib.
Bildirilib ki, Baş nazir Mario Draqi quraqlıqla mübarizə üzrə xüsusi komissiya yaratmağı düşünür.
Mənbə: Haber Global
www.RIA24.az