Afrika qitəsinin neft və təbii qazla zəngin ölkəsi Nigeriya xam neft oğurluğu səbəbilə bu ilin ilk altı ayında 1,4 milyard dollar zərərə uğrayıb.
Nigeriya Neft İstehsalı Tənzimləmə Komissiyasının (NUPRC) sədri Qbenqa Komolafe açıqlamasında davam edən xam neft oğurluğunun ölkə iqtisadiyyatı üçün təhlükə olduğunu bildirib.
Komolafe qeyd edib ki, 2022-ci ilin birinci yarısında hasil edilən 141 milyon barel neftin 132 milyon barrelini ixrac terminallarından almaq olur.
Nigeriyada 200-dən çox qeyri-qanuni neft emalı zavodu fəaliyyət göstərir. Son iki həftədə ölkədə oğurlanmış 3,8 milyon litr xam neft ələ keçirilib.
Nigeriya dünyada ən böyük neft ehtiyatlarına malik səkkizinci ölkədir.
Təxminən 37 milyard barel neft ehtiyatı olan Nigeriya dünya ehtiyatlarının 3,1 faizinə sahibdir.
Mənbə: TRT Haber
www.RIA24.az