BMT-in avtomobil karvanı minaya düşdü: Ölən və yaralananlar var

Dünya

Birləşmiş Millətlər Təşkilatının (BMT) Mali missiyasının avtomobil karvanı minaya düşüb.

Bu barədə missiyanın sözçüsü Olivye Salqado sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, hadisə Tessalit kəndi ilə Qao şəhəri arasındakı yolda yaşanıb. İnsident zamanı BMT Sülhməramlı Qüvvələrinin iki hərbçisinin öldüyü, beş hərbçinin isə yaralandığı bildirilib.

Mənbə: Haber Global

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir