Ermənistanın Araqatsotn vilayətinin Əştərək şəhərində yerləşən banklardan birində partlayış baş verib.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səhər saat 09:07-də Əştərəkdə yerləşən banklardan birində baş vermiş partlayışdan sonra yanğın başlayıb. Əraziyə xilasetmə dəstələri göndərilib. Yanğın saat 09:25-də söndürülüb.
Hadisə nəticəsində bir nəfər ölüb, daha beş nəfər yaralanıb.
Mənbə: Sputnik Ermənistan
www.RIA24.az