Türkiyənin ədliyyə naziri: “Terrorçuların ekstradisiya məktubu İsveç və Finlandiyaya göndərilib”

Dünya

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ televiziya kanallarından birində İsveç və Finlandiya ilə imzalanan müqavilə ilə bağlı qiymətləndirmələr edib.

O, Madriddə imzalanan razılaşma çərçivəsində terrorçuların ekstradisiyası üçün İsveç və Finlandiyaya sorğu göndərildiyini açıqlayıb:

“İsveç və Finlandiyaya PKK və FETÖ terrorçularının ekstradisiyasına dair tələbləri xatırladan məktub göndərilib”.

Bozdağ əvvəlki açıqlamalarında Finlandiyada altı PKK və altı FETÖ, İsveçdə isə on FETÖ və on bir PKK terrorçusunun fayllarının müvafiq ölkələrin ədliyyə nazirliklərində saxlanıldığını xatırladıb.

O, terrorçuların ekstradisiyası ilə bağlı müraciətlərin Xarici İşlər Nazirliyinə göndərildiyini və bu sənədlərdə konkret sübutların olduğunu vurğulayıb.

Mənbə: Haber Türk

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir