Nyu-York məhkəməsi Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş proqramçısı Coşua Şulteni “Vault 7” adlı çox məxfi materialların sızdırılmasında təqsirli bilib.
Bu barədə “WikiLeaks” “Twitter”də məlumat verib.
İddiaya görə, “Wikileaks”in informatoru Coşua Şulte bütün ittihamlar üzrə təqsirli bilinib. Ümumilikdə bu iş üzrə ona doqquz maddə ilə ittiham irəli sürülüb, hökm isə daha sonra elan olunacaq.
Prokurorluğun sözçüsü Demian Uilyams deyib ki, Şulte “Amerika tarixində ən həyasız və zərərli casusluq əməllərindən biri” ittihamı ilə məhkum edilib.
Şulte isə andlılar məhkəməsinin üzvlərinə verdiyi son ifadəsində ondan “günah keçisi” düzəltmək istədiklərini bildirib.
Mənbə: TASS
www.RIA24.az