Polşa vətəndaşları 20 ədəd “Warmate” kamikadze dronunun və yerüstü idarəetmə stansiyasının alınması üçün ianə toplayır.
Silahların Ukrayna hərbçilərinə təhvil verilməsi planlaşdırılır.
Kampaniyanın təşəbbüskarları adi polyaklar – yerli sahibkar Yaroslav Sterkoviç və kopirayter Mateuş Kaçinskidir.
Onlar ümumilikdə 4 milyon zlotısı (təxminən 1.5 milyon manat) cəlb etməyi düşünürlər. İlk gün ərzində artıq 20 min zlotıdan (təxminən 7 min manat) çox pul yığılıb.
Təşkilatçılar vurğulayıblar ki, PUA-ların Ukraynaya çatdırılmasını dron istehsalçısı “WB Electronics” öz üzərinə götürəcək.
Mənbə: rbc.ua
www.RIA24.az