Böyük Britaniyada başlayan güclü istilər Solsberi düzənliyində hərbi poliqonda yanğına səbəb olub. Bu poliqonda qoşunların təlimlər üçün yerləşdirilməsi nəzərdə tutulurdu.
Bu barədə iyulun 13-də Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.
“Yanğınlar poliqonun hərbi sursatlardan atəş açıldığı və ictimaiyyət üçün əlçatmaz olan hissəsində – təhlükəli zonasında və ya zərbə zonasında lokallaşdırılır”, – deyə hərbi qurumun rəsmi nümayəndəsi bildirib.
Hərbçilər yaxınlıqdakı evlərin sakinlərindən üzr istəyib və ətrafa yayılan qatı tüstüdən mümkün qədər az təsirlənmələri üçün pəncərələri bağlı saxlamağı tövsiyə ediblər.
Mənbə: İzvestiya
www.RIA24.az