Türkiyədə meşə yanğını evlərə çatdı: Sakinlər təxliyə edildi – YENİLƏNİB + VİDEO

Dünya

Muğlanın Datça rayonunda baş verən meşə yanğınında alov güclü küləyin təsiri ilə Hayıtbükü körfəzinə yaxınlaşıb.

Döşəməaltı kəndində birmərtəbəli fərdi yaşayış evinin damını bürüyən alovu söndürmək üçün kənd sakinləri səfərbər olub.

Ehtiyat tədbiri olaraq bəzi evlər boşaldılıb. Ərazidəki dörd ev yanğından qismən zərər görüb.

Bu evlərdə məskunlaşan 15 nəfər təxliyə edilib.

Mənbə: TRT

16:34

Türkiyədə Muğla şəhərinin Datça rayonunda naməlum səbəbdən meşə yanğını baş verib.

Yanğının nəzarət altına alınması istiqamətində işlər davam edir. Alov küləyin təsiri ilə ətrafa yayılıb.

Əraziyə doqquz helikopter, beş təyyarə, həmçinin onlarla su tankeri və çox sayda xilasetmə qrupu cəlb olunub.

Hazırda alovun daha geniş əraziyə yayılmasının qarşısının alınmasına çalışılır.

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by Oxu.Az (@oxuaz)

Mənbə: TRT Haber

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir