İsraildə səfərdə olan ABŞ prezidenti Co Bayden Tel-Əvivdəki çıxışında Holokostla bağlı yanlışlığa yol verib.
O, şərəf və dəhşət sözlərini qarışdırıb.
“Mən Holokostun həqiqətini və şərəfini yaddaşımda saxlamağa davam edirəm…” – deyə dövlət başçısı bəyan edib və dərhal da “Holokostun dəhşətləri”ni deyərək öz səhvini düzəldib.
Qeyd edək ki, iyulun 13-dən 16-dək Bayden Yaxın Şərq turu çərçivəsində İsrail, İordan çayının qərb sahili və Səudiyyə Ərəbistanına səfər edəcək.
Mənbə: gazeta.ru
www.RIA24.az