Rusiya Fövqəladə Hallar Nazirliyinin keçmiş rəis müavini Andrey Quroviç Moskvada saxlanılıb.
“Müstəntiqlər Quroviç barəsində həbs-qətimkan tədbiri seçilənədək 48 saat müddətinə saxlayıblar. O, FHN-də işlədiyi dövrdə vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinir”, – hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Quroviçin evində axtarış aparılıb. Onunla yanaşı, Fövqəladə Hallar Nazirliyinin digər əməkdaşlarının da evlərində axtarış edilib.
Mənbə: TASS
www.RIA24.az