Səudiyyə Ərəbistanı hava məkanını İsrail üçün açdı

Dünya

Səudiyyə Ərəbistanı hava məkanını İsrail aviaşirkətlərinin üzünə açmağa hazırlaşır.

Qeyd olunur ki, qərar ABŞ Prezidenti Co Baydenin Ər-Riyada səfəri zamanı rəsmi şəkildə elan olunacaq.

Bundan əlavə, Səudiyyə Ərəbistanı İsraildəki müsəlmanlara həcc ziyarətində iştirak üçün təyyarə ilə krallığa səfər etməyə icazə verəcək.

Mənbə: CNN

www.RIA24.az