Şotlandiyada rəsm əsərinin arxasında Van Qoqun gizli avtoportreti tapılıb

Dünya

Hollandiyalı post-impressionist rəssam Vinsent Van Qoqun rəsmlərindən birinin arxasında gizli avtoportret tapılıb.

Bu barədə Şotlandiya Milli Qalereyası məlumat yayıb.

Bərpaçılar bu kəşfi qarşıdan gələn sərgi üçün Van Qoqun 1885-ci ildə çəkdiyi “Kəndli qadının başı” əsərinin rentgenini apararkən ediblər.

Rentgendə papaq taxmış və boynuna səliqəsiz halda yaylıq bağlanmış saqqallı kişi görünüb.

“O, tamaşaçıya diqqətlə baxır, üzünün sağ tərəfi kölgədədir, sol qulağı isə aydın görünür”, – deyə Şotlandiya Milli Qalereyasından açıqlama verilib.

Avtoportret karton və yapışqan təbəqələrinin arxasında gizlədilib.

“Əlbəttə, rentgenə ilk dəfə baxanda çox həyəcanlandıq… Belə böyük kəşf bərpaçının həyatında bir dəfə, iki dəfə olur”, – deyə şəkillərin baş restavratoru Lesli Stivenson şərh edib.

Van Qoqun tez-tez kətanlarından təkrar istifadə edərək onların arxa tərəfində işlədiyi məlumdur.

Şotlandiya Milli Qalereyasından bildirilib ki, onların mütəxəssisləri avtoportretin üzərindəki yapışqan və kartonu “Kəndli qadının başı” rəsminə zərər vermədən çıxarmağın yollarını axtarırlar.

Mənbə: Evropeyskaya pravda

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir