İspaniyada güclü istilər səbəbindən quşlar yerə düşməyə başlayıb.
Hadisə, xüsusən də ölkənin şimal-qərbində yerləşən Kastiliya və Leon muxtar icmasının Valyadolid şəhərində baş verir.
Orada havanın temperaturu 40,6 dərəcəyə qədər qalxaraq rekord həddə çatıb.
Yerli sakinlər də öz növbəsində quşların gözlərinin qabağında yerə düşdüyünü barədə polisə müraciət etməyə başlayıblar.
Quşların susuzluqdan əziyyət çəkdiyi güman edilir ki, bu da onların oriyentasiyasının pozulmasına və uça bilməməsinə gətirib çıxarır. Eyni zamanda, iyulun 19-dək bölgəda havaların soyuması gözlənilmir.
Mənbə: Cadena Ser
www.RIA24.az