Rusiyanın Krasnodar vilayətinin Novokubanski rayonunda An-2 təyyarəsi elektrik naqilləri ilə toqquşması nəticəsində qəzaya uğrayıb.
Bu barədə cümə günü, iyulun 15-də Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
“An-2 Proçnookopskaya kəndinə enərkən elektrik xəttinə çırpılıb. Nəticədə 71 yaşlı Yuri Pokotilov (Armavirdən olan pilot) və kolleqası həyatını itirib. Onlar kənd təsərrüfatı sahələrində işləyirdilər”, – deyə “Kub Mash” “Telegram” kanalı məlumat yayıb.
Mənbə: İzvestiya
www.RIA24.az