Perunun keçmiş prezidenti Fransisko Morales Bermudes Limada vəfat edib. Onun 100 yaşı var idi.
Oğlu Remixio ölüm səbəbinin yaşlılıqla bağlı olduğunu bildirib.
Fransisko Morales Bermudes 1975-ci ildə hərbi diktatura dövründə hakimiyyətə gəlib. Həmin vaxt o, Perunun Baş Qərargah rəisi və iqtisadiyyat naziri vəzifələrində çalışıb. Morales prezident və konqresin demokratik yolla seçildiyi 1980-ci ilə qədər orduya və nazirlər şurasına komandanlıq edib.
Morales Bermudez 1975-ci ilin sonunda ABŞ-ın dəstəyi ilə Cənubi Amerika ölkələri diktatorları tərəfindən həyata keçirilən siyasi repressiya və dövlət terroru kampaniyası olan “Kondor əməliyyatı”nda iştirakına görə 2019-cu ildə Romada ömürlük həbs cəzasına məhkum edilib. Lakin o, Perudan ekstradisiya edilməyib və öz vətənində sakit həyat sürməyə davam edib.
Mənbə: Vesti.ru
www.RIA24.az