İngiltərənin “Arsenal” və “Mançester Siti” klubları Aleksandr Zinçenkonun transferi ilə bağlı razılığa gəliblər.
İnsayder Fabrisio Romanonun sözlərinə görə, klublar ukraynalının təxminən 30 milyon funt-sterlinqə transferi ilə bağlı şifahi razılıq əldə ediblər.
“Topçular” 25 yaşlı futbolçu ilə müqavilənin şərtlərini – maaş və müqavilənin müddətini müzakirə edirlər.
Ukrayna millisində Zinçenko tez-tez yarımmüdafiədə oynasa da, “Mançester Siti”də adətən sol cinah müdafiəçisi kimi çıxış edir.
Ötən mövsüm futbolçu “Mançester Siti”nin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb və altı məhsuldar ötürmə edib.
Mənbə: Sports.ru
www.RIA24.az