İran regionda davamlı sülh, sabitlik və təhlükəsizliyə aparan istənilən təşəbbüsü dəstəkləyir.
Bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi öz “Twitter“ hesabındakı paylaşımında deyib.
“İkitərəfli danışıqlar və regiondaxili dialoqlar (“3+3” mexanizmi İran, Rusiya, Türkiyə + Azərbaycan, Ermənistan, Gürcüstan) Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün ən yaxşı yoldur”, – paylaşımda qeyd olunub.
The I.R. of Iran supports any process/initiative that leads to lasting peace, stability and security in the region. Bilateral talks and intra-regional dialogues ( 3+3 Mechanism / 🇮🇷🇷🇺🇹🇷 + 🇦🇿🇦🇲🇬🇪 ) are the best for a long-term stability and cooperation in the South Caucasus. https://t.co/rNkEjm089I
— Seyed Abbas Mousavi 🇮🇷 (@SAMOUSAVI9) July 16, 2022
www.RIA24.az