Çinin şimal-qərb və cənub-qərb bölgələrində daşqınlar baş verib.
Sıçuan əyalətində leysan yağışların səbəb olduğu sel fəlakəti nəticəsində azı 6 nəfər həyatını itirib, 12 nəfər isə itkin düşüb.
Qansu əyalətində güclü yağışlar səbəbindən daha 6 nəfər həlak olub.
Ərazidən 3 minə yaxın insan təxliyə edilib.
Mütəxəssislər bildiriblər ki, ekstremal hava şəraitinə iqlim dəyişikliyi səbəb olub.
Mənbə: TRT
www.RIA24.az