Somalidə partlayış: Nazirlər yaralandılar

Dünya

İyulun 17-də Somalinin paytaxtı Moqadişudan təxminən 90 km aralıda yerləşən Cövhər şəhərində rəsmilər arasında məşhur olan “Nur Dob” hoteli yaxınlığında kamikadze tərəfindən yük maşını partladılıb.

Hadisə nəticəsində iki nəfər ölüb. Həmçinin bölgə nazirləri və rəhbər şəxsləri də daxil olmaqla, 15-dən çox adam yaralanıb.

Zərərçəkənlər arasında qadınların işləri və səhiyyə üzrə regional nazirlər, eləcə də parlamentin keçmiş vitse-spikeri olub.

Hərbiləşdirilmiş radikal islamçı “Əl-Şəbab” qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Mənbə: İzvestiya

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir