Qırmızı bülletenlə axtarılan terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Twitter” hesabında açıqlama verib.
Nazir qırmızı bülletenlə axtarışda olan narıncı kateqoriyadakı PKK terrorçusu Necati Utku Kirazın zərərsizləşdirildiyi barədə məlumat verib.
“Uzun müddətdir ki, təqib edirdik. Jandarma Kəşfiyyatı və Diyarbəkir polisinin uğurlu əməliyyatı ilə son zərbə vuruldu. Bir çox hadisələrin səbəbkarı, qırmızı bülletenlə axtarılan “Azat Kendal” kod adlı Necati Utku Kiraz və daha bir terrorçu zərərsizləşdirildi. Əlinizə sağlıq, qəhrəmanlar”, – deyə Süleyman Soylu qeyd edib.
Uzun zamandır peşindeydik
Emniyet İstihbarat ve Diyarbakır Emniyeti’nin başarılı operasyonuyla birlikte Jandarma’nın son vuruşuBirçok olayın faili
Kırmızı Bültenle aranan
Turuncu Kategorideki Azat Kendal kod Necati Utku Kiraz ve 1 terörist etkisizElinize sağlık Kahramanlar👏
— Süleyman Soylu (@suleymansoylu) July 18, 2022
Mənbə: TRT Haber
www.RIA24.az