Moskvada hava hücumundan müdafiə sirenaları işə salınır

Dünya

İyulun 20-də Moskvada hava hücumu sirenaları səsləndiriləcək.

Belə ki, Rusiya paytaxtının fövqəladə hallar barədə xəbərdarlıq sistemlərinin “planlı yoxlaması” həyata keçiriləcək.

Sirenalar Moskva vaxtı ilə səhər saat 10:40-dan (Bakı vaxtı ilə 11:40) 12:00-a qədər (Bakı vaxtı ilə 13:00) olan zaman kəsiyində işə salınacaq.

Səsgücləndirmə sistemlərinin yoxlanışının bir dəqiqədən artıq çəkməyəcəyi bildirilir. Televiziya kanallarında və radiolarda həyəcan siqnalı barədə birbaşa elan veriləcək.

Mənbə: RBC

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir