İsveçli hücumçu Zlatan İbrahimoviç “Milan”la yeni müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İtalyanlarla 40 yaşlı İbrahimoviç arasında 2023-cü ilə qədər yeni müqavilə imzalanıb.
2021/22 mövsümündə hücumçu A Seriyasında 23 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, İbrahimoviçin bazar dəyəri 3 milyon avrodur. Bu mövsüm “Milan” 11 ildə ilk dəfə İtaliya çempionluğunu qazana bilib. “İnter” turnirin qalibindən cəmi iki xal geri qalaraq ikinci olub.
Mənbə: Gazeta.ru
www.RIA24.az