“Qazprom” “əsas istehlakçılardan birinə” qaz tədarükü ilə bağlı fors-major vəziyyət elan edib. Bu barədə “Reuters” qaz şirkətinin məktubuna istinadən xəbər verib.
Agentliyin məlumatına görə, məktubda söhbət Almaniyadan gedir – fors-major “Şimal axını” qaz kəməri ilə mavi yanacağın tədarükünə aiddir.
Məktubda bildirilir ki, iyulun 14-dən etibarən “Qazprom” şirkətin nəzarətində olmayan “fövqəladə” hallar səbəbindən tədarük öhdəliklərini yerinə yetirə bilməyəcək.
“Şimal axını” iyulun 11-də təmir üçün bağlanmışdı.
Mənbə: Gazeta.ru
www.RIA24.az