Ukrayna İstanbul Konvensiyasının ratifikasiyasına dair sənədləri rəsmi olaraq Avropa Şurası Baş katibinin müavini Byorn Bergeyə təqdim edib.
Bu barədə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç “Twitter” səhifəsində yazıb.
“Mən bu gün İstanbul Konvensiyasının ratifikasiyasına dair sənədin Ukrayna tərəfindən təhvil verilməsini səmimiyyətlə alqışlayıram. Ukrayna bu əlamətdar müqavilənin 36-cı iştirakçısıdır”, – deyə mesajda qeyd edilir.
İyunun 20-də Ali Rada daha çox İstanbul Konvensiyası kimi tanınan “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə haqqında” Avropa Şurasının Konvensiyasının ratifikasiyasını dəstəkləyib.
İyunun 21-də Prezident Volodimir Zelenski İstanbul Konvensiyasının ratifikasiyası haqqında qanunu imzalayıb.
Əsasən Ümumukrayna Kilsələr Şurasının mövqeyinə görə uzun illər təxirə salınan bu qərar sonda Ukraynanın Aİ-yə namizədlik statusunu dəstəkləməyə razılaşan Hollandiya və İsveç kimi skeptik iki ölkə üçün xüsusilə vacib idi.
Mənbə: Yevropeyskaya pravda
www.RIA24.az