Astana üçlüyünün sammitində iştirak etmək üçün İrana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş keçirib.
Görüş zamanı Rusiya-Türkiyə əməkdaşlığının əsas məsələləri, iqtisadi və ticarət sahəsində layihələrin həyata keçirilməsi müzakirə olunub.
Həmçinin bir sıra beynəlxalq mövzular, o cümlədən Suriya və Ukrayna ilə bağlı vəziyyət, xüsusən də Ukrayna taxılının ixracı problemi ətrafında da fikir mübadiləsi aparılıb.
Putin ərzaq problemlərinin həlli üçün vasitəçilik səylərinə görə Ərdoğana təşəkkür edib.
Mənbə: TASS
www.RIA24.az