Türkiyənin Samsun şəhərində mağazada zarafat etmək məqsədilə tapançanı başına dirəyib tətiyi çəkən gənc yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hadisə anbaan mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən 26 yaşlı gəncin səhhətində ciddi problemin olmadığı bildirilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə: İHA
www.RIA24.az