İyulun 19-da İranın Tehran şəhərində bir qadın “əxlaq polisi”nin patrul maşınının qarşısını kəsib.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, o, qızının həbs edilərək polis idarəsinə aparılmasına mane olmağa çalışıb.
Təqdim edilən videoda “Qızımı aparmayın, qızım xəstədir!”, – deyə qadın fəryad edir.
Görüntülərdə “əxlaq polisi” patrul xidmətinin əməkdaşlarının isə qeyri-insani davranaraq maşının qarşısında qadının olmasına məhəl qoymadan hərəkəti davam etdirməsi və sürəti artıraraq onu yoldan kənarlaşdırmağa çalışması əks olunub.
www.RIA24.az