Yaponiyanın cənub-qərbindəki kiçik bir şəhərdə vəhşi meymun qorxu saçır.
Heyvan evlərə girir, sakinləri dişləyir və cırmaqlayır. Şəhər əhalisi heyvanı ovlamağa çalışır.
İyulun 8-dən Yamaquçi şəhərinin Oqori rayonunda 20-yə yaxın insan meymunun hücumuna məruz qalıb. Onların əksəriyyəti yüngül xəsarətlər alıb.
Xəsarət alanların ən kiçiyi 10 aylıq qız olub, meymun onun ayağını cırmaqlayıb.
Daha sonra meymun ibtidai məktəbə hücum edərək 10 yaşlı uşağın qollarını dişləyib.
Meymun küçədə olan 60 və 80 yaşlı qadınlara da xəsarət yetirib.
Heyvan küçədə kişini və açıq eyvan qapısından evə daxil olaraq qadını dişləyib. Bundan sonra aqressiv heyvan pəncədən otaqların birinə girərək iki körpə qardaşa hücum edib.
Mənbə: Mk.ru
www.RIA24.az