“Xaç atası” filmindəki Karleone ailəsinin evi kirayə verilir

Dünya

Frensis Ford Koppolanın “Xaç atası” trilogiyasından olan Karleone ailəsinin evi “Airbnb”nin məşhur səyahət yerləri sifarişi xidmətində peyda olub.

Qeyri-adi təklif seriyanın ilk filminin ekranlara çıxmasının 50 illiyinə həsr olunub.

Rezervasiya şərtlərinə görə, 5 nəfərə qədər qrup avqust ayı boyunca malikanədən 30 gün ərzində və gecəlik cəmi 50 dollar ödəməklə istifadə edə biləcək.

Qeyd edək ki, Lonq Aylendin prestijli bölgəsindəki 5 yataq və 6 vanna otağına malik ev 1930-cu ildə inşa edilib. Burada həmçinin iş otağı, zirzəmidə bar, idman zalı, oyun otağı və digər məkanlar da var.

Mənbə: unian.net

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir