Estoniya hökuməti İkinci Dünya müharibəsi zamanı həlak olmuş sovet əsgərlərinin xatirəsinə ucaldılan bütün abidələri ölkə ərazisindən götürmək qərarına gəlib.
Bu barədə respublikanın Baş naziri Kaya Kallas mətbuat konfransı zamanı məlumat verib.
Nazir respublikanın hakimiyyət orqanlarının bununla bağlı konkret qərarlar qəbul etdiyini qeyd edib. Söhbət hərbi abidələrin altında qalan əsgərlərin qalıqlarının yenidən dəfn edilməsindən gedir.
“Biz bu məsələyə balanslı yanaşmaq istəyirik, xüsusən də abidənin yaxınlığında həqiqi məzarlar varsa”, – deyə o əlavə edib.
Eyni zamanda abidələrin taleyini yerli özünüidarəetmə orqanları özləri də həll edəcək. Ümumilikdə Estoniya ərazisində 148 hərbi məzar olduğu müəyyən edilib.
Öz növbəsində respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Urmas Reynsalu bildirib ki, bütün “qırmızı abidələr”in götürülməsi məsələsi ilin sonuna qədər başa çatdırılmalıdır.
Mənbə: MK.ru
www.RIA24.az