“Yeralaş”ın rejissoru pedofiliyaya görə 14 il azadlıqdan məhrum edildi

Dünya

Moskvanın Solntsevski Rayon Məhkəməsi “Yeralaş”ın 48 yaşlı rejissoru İlya Belostotskiyə qarşı cinayət işi üzrə hökm çıxarıb.

O, 14 il müddətinə azadlıqdan məhrum edilib.

“Belostotski Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsinin 4-cü hissəsinin “b” bəndində nəzərdə tutulmuş cinayəti (14 yaşına çatmamış şəxsə qarşı onun köməksiz vəziyyətindən istifadə etməklə cinsi xarakterli hərəkətlər) törətməkdə təqsirli bilinib. Məhkəmə Solntsevo Rayon Prokurorluğunun dövlət ittihamçısının mövqeyini nəzərə alaraq Belostotskini cəzasını ciddi rejimli islah koloniyasında çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edib”, – Moskva prokurorluğundan verilən məlumatda bildirilib.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir