Mişel Obama ABŞ prezidentliyinə namizəd ola bilər

Dünya

ABŞ-ın eks-prezidenti Barak Obamanın xanımı Mişel Obama Demokratlar partiyasından prezidentliyə növbəti namizəd ola bilər.

Belə bir fikri respublikayönlü “Fox News” telekanalının aparıcısı Cessi Uoters deyib.

Demokratlar partiyasına yeni namizədin irəli sürülməsi zərurəti hazırkı Demokratlar partiyasının Prezidenti Co Baydenin populyarlığının aşağı düşməsi ilə əlaqədar yarana bilər.

2024-cü il seçkilərinə namizəd məsələsi gündəmdədir. Bu baxımdan Mişel Obamanın kitabının reklam kampaniyası seçkiqabağı məna kəsb edə bilər.

Mənbə: Mk.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir