“Twitter” Rusiya səfirliyinin hesabını blokladı

Dünya

“Twitter” sosial şəbəkəsi Rusiya səfirliyinin hesabını bloklayıb.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiyanın Almaniyadakı səfirliyinin hesabı XİN rəhbəri Sergey Lavrovun sitatına görə bloklanıb. Zaxarova bu barədə öz “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, Lavrovun paylaşımı sosial şəbəkənin yalan və ya çaşdırıcı məlumatların yayılması ilə bağlı siyasətinin pozulması kimi qiymətləndirilib.

Nazirin bloklanmaya səbəb olan ifadəsində Donbasda tapılan bioloji laboratoriyalar barədə məlumat verilib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, səfirlik bir həftə ərzində rəsmi hesabında məlumat dərc edə bilməyəcək. Hesabın özü isə istifadəçilərə açıqdır.

Mənbə: lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir