Qazaxıstan Rusiyanın “Sputnik V” adlı koronavirus peyvəndinin istehsalını dayandırıb.
Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi yanında Dərman Siyasəti İdarəsinin rəhbəri Bauırjan Cusipova məlumat verib.
O qeyd edib ki, hazırda respublika Rusiya dərmanının yeni partiyalarına ehtiyac hiss etmir.
Onun sözlərinə görə, eyni zamanda ölkə özünün “QazVac” vaksinin istehsalını artırır.
Cusipov həmçinin bildirib ki, Qazaxıstan hazırda ABŞ-ın “Pfizer” vaksininin yeni partiyasının alınması ilə bağlı danışıqlar aparır.
Mənbə: MK.ru
www.RIA24.az